• Bakı 23° C

    12.41 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib

CƏMİYYƏT

22 Iyun 2026 | 13:14

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də Bakıda Zəfər parkını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026