• Bakı 23° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Türkmənistana hədiyyə olunan gəmi- VİDEO

CƏMİYYƏT

22 Iyun 2026 | 20:51

Türkmənistana hədiyyə olunan gəmi- VİDEO

AZCON Holding şirkətlərindən olan Bakı Gəmiqayırma Zavodunda inşa edilən və Azərbaycan Respublikası tərəfindən Türkmənistan Respublikasına hədiyyə olaraq təqdim olunacaq “Dostlug” neftdaşıyan tankerinin açılış mərasimi baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, “Dostlug” neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş tankerdir. Gəminin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, dəniz suya oturumu 4,54 metr, dedveyti 7,875 ton, yük və çökdürmə tanklarının ümumi tutumu isə 9,056 kubmetr təşkil edir. Tanker hər birinin gücü 1,200 kVt olan iki baş mühərriklə təchiz edilib və 10 uzel sürətə malikdir.

“Dostlug” tankerinin inşası Bakı Gəmiqayırma Zavodunun irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrini həyata keçirmək imkanlarını bir daha nümayiş etdirir.

Azərbaycan istehsalı olan “Dostlug” tankerinin Türkmənistan sularında istismara verilməsi Azərbaycan gəmiqayırma sənayesinin inkişafı, milli sənaye potensialının beynəlxalq səviyyədə nümayişi, eləcə də Azərbaycan ilə Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR