Əfsanəvi braziliyalı keçmiş futbolçu Ronaldinyo meydaçana qayıtmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, onun İtaliya üçüncü divizionu olan Seriya C-dən olan "Ravenna" komandası ilə mümkün əməkdaşlığı barədə şayiələr yayılsa da, tərəflər arasındakı münasibətlər yalnız marketinq xarakteri daşıyacaq.
Bu barədə rəsmi olaraq "Ravenna"nın vitse-prezidenti və futbol funksioneri Ariedo Braida məlumat verib: "Ronaldinyo "Ravenna"da oynamayacaq. Bu, sırf marketinq tərəfdaşlığıdır. Əminəm ki, hətta 46 yaşında belə meydanda parlaya bilər. Milanda keçirdiyimiz illərdən bəri əla münasibətlərimiz var. Amma o, oynamayacaq".
Beləliklə, Milan Ronaldinyonun İtaliyada oynadığı yeganə klub olaraq qalacaq.
Bakı 



