• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə ənənəvi tədris bərpa olunur

DÜNYA

28 Avqust 2021 | 14:40

Türkiyədə ənənəvi tədris bərpa olunur

“Məktəbləri açıq saxlamaq prioritetdir”.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer söyləyib.

Onun sözlərinə görə, 2021-2022 tədris ili üzrə bütün səviyyə və siniflərdə məktəblər 6 sentyabr tarixində ənənəvi qaydada tədrislə açılacaq.

Nazir bildirib ki, COVID-19 pandemiyası ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə bütün tədbirlər görülüb.

“Müəllimlərə lazımi tədbirlərlə bağlı seminarlar veriləcək. Hazırda məktəbləri açıq saxlamaq bizim prioritetimizdir. Şagirdlərimizi qorumalıyıq”, - o qeyd edib.

M.Özer məktəblilərə PCR test və vaksinlənmə ilə bağlı məcburiyyət olmadığını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026