Türkiyənin Hatay şəhərinin Kırıkhan səmtində hərbi maşın qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, tank daşıyan avtomobilin ön təkərinin partlaması nəticəsində texnika yoldan çıxaraq aşıb və yanğın baş verib. Qəza nəticəsində 2 hərbçi həlak olub.
















