"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal avtomobil qəzası törədib.
Bakıvaxtı.az unikal.org-a istinadən xəbər verir ki, sənətçi idarə etdiyi avtomobillə iki gün öncə "28 May" metrosu yaxınlığında "Toyota Prius" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.
Zərərçəkən sürücünün polisə müraciətindən sonra N.Camal onun avtomobilini düzəltdirməyə söz verib.
Qeyd edək ki, "Toyota Prius" markalı avtomobildən savayı, daha bir maşına ziyan dəyib.









jpg-1627842802.webp)






