• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Biləsuvarda avtomobil aşıb - xəsarət alanlar var

HADİSƏ

01 Avqust 2021 | 19:44 | Müəllif: Subhan Mahmudov

Biləsuvarda avtomobil aşıb - xəsarət alanlar var

Biləsuvar rayonunda yol qəzası olub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayonunun Qızılkənd kənd sakini Mahmudov Naib Xudaverdi oğlu idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilini yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü və sərnişinlər - Mahmudzadə Sərvinaz Naib qızı və Mahmudov Elşən Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026