• Bakı 18° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ağstafada koronavirus xəstələri saxlanılıb

HADİSƏ

31 Avqust 2021 | 16:25

Ağstafada koronavirus xəstələri saxlanılıb

Ağstafada yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Köhnə Qışlaq kənd sakini Ramin Abbasov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən olunub.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Fakla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026