• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Metroya daxil olmağa çalışan koronavirus xəstələri aşkarlandı - VİDEO

HADİSƏ

31 Avqust 2021 | 12:22

Metroya daxil olmağa çalışan koronavirus xəstələri aşkarlandı - VİDEO

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda kütləvi yoxlama tədbirləri davam etdirilir.

DİN-nin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası, eləcə də aktiv koronavirus xəstələri üzərində nəzarət daha gücləndirilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən metronun “20 Yanvar” və “Qara Qarayev” stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi – 1979-cü il təvəllüdlü Elşən Hüseynov, 2003-cü il təvəllüdlü Nurlan Hümbətov müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdilib.

Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmlar davam etdilir.


Metroya daxil olmağa çalışan koronavirus xəstələri aşkarlandı - VİDEOMetroya daxil olmağa çalışan koronavirus xəstələri aşkarlandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026