• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cəlilabadda yük maşını aşdı: Ölən var

HADİSƏ

01 Avqust 2021 | 23:14

Cəlilabadda yük maşını aşdı: Ölən var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə Zəhmətabad kəndində qeydə alınıb. 

Yardımlı rayonu Zevin kənd sakini - 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi "QAZ 69" markalı yük avtomobilini yolun kənarına aşırıb. Qəzada sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sərnişin - 1990-cı il təvəllüdlü Tağıyev Sadəddin Telman oğlu müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qəzanın baş vermə səbəbi araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026