• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Türkiyədə illik inflyasiya 65%-ə yaxınlaşıb

İQTİSADİYYAT

05 Fevral 2024 | 12:15

Türkiyədə illik inflyasiya 65%-ə yaxınlaşıb

Türkiyədə illik inflyasiya yenidən artıb.

Bakıvaxtı.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin yanvar ayında inflyasiya 64.86% təşkil edib. Ötən ilin dekabr ayında bu rəqəm 64.77% idi. Yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 6.7% artıb.

    Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 40.62% ilə geyim və ayaqqabı qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 92.27% ilə restoran və otel qiymətləri olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026