• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Türkiyədə illik inflyasiya 67%-i ötdü

İQTİSADİYYAT

04 Mart 2024 | 12:29

Türkiyədə illik inflyasiya 67%-i ötdü

Türkiyədə illik inflyasiya fevral ayında yenidən artıb.

Bakıvaxtı.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin fevral ayında illik inflyasiya 67.07% təşkil edib. Yanvar ayında bu rəqəm 64.86% idi. Fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 4.53%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 11.54% artıb.

Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 43.44% ilə geyim və ayaqqabı qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 94.78% ilə restoran və otel qiymətləri olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026