Türkiyədə sudan kütləvi zəhərlənmə olub.
Bakıvaxtı.az "Haber Global"a istinadla xəbər verir ki. hadisə Kırıkkaledə baş verib. Belə ki, bir ailədən olan 14 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib. Aralarında 5 uşağın da olduğu şəxslardə qarın ağrısı, ürəkbulanma və qusma əlamaətləri müşahidə olunub.
Qarakeçili Dövlət Xəstəxanasına müraciət edən ailə üzvləri Kızılırmak cayından su içdikdən sonra xəstələndiklərini söyləyiblər.
Aytac Aslan




