• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrəvanda aksiya - Paşinyanın istefası tələb olunur

DÜNYA

23 Avqust 2022 | 21:42

İrəvanda aksiya - Paşinyanın istefası tələb olunur

İrəvanın Respublika meydanında bir neçə yüz nəfər müxalifət fəalı Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək üçün toplaşıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, aksiyanın təşəbbüskarı, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryanın sözlərinə görə, müxalifətçilər Paşinyanla görüş keçirmək niyyətindədirlər:

“Gündəlikdə yalnız bir məsələ var - onun istefası. Məndə elə təəssürat yaranıb ki, o, hökumət binasında deyil, amma eybi yoxdur, bura gələ bilər. Vergi ödəyiciləri onun üçün 2 milyon dollarlıq avtomobil alıblar, onun vertolyotu da var. Onlardan istifadə etsin və bizimlə görüşə hökumət binasına gəlsin”. 

Meydana toplaşanlar hökumət əleyhinə şüarlar səsləndirirlər. Polis yüksək hazırlıq vəziyyətindədir. Hökumət binasının qarşısında kordon qurulub.(qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026