• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə minimum əməkhaqqı 50 faiz artırıldı

DÜNYA

16 Dekabr 2021 | 18:19 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə minimum əməkhaqqı 50 faiz artırıldı

Türkiyədə 2022-ci il üçün minimum əməkhaqqı 50 faiz artırılaraq 4 250 lirəyə çatdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Minimum əməkhaqqının müəyyənləşdirilməsi üzrə komissiyanın iclasında deyib.

Onun sözlərinə görə, gələn ildən etibarən minimum əməkhaqqı gəlir vergisindən azad ediləcək.

"Bəzi çətinliklərimiz var, amma tezliklə bunların öhdəsindən gələcəyik. Son dövrlərdə məzənnədə baş verən dalğalanma və bunun nəticəsində qeydə alınan bahalaşmaya ən qısa zamanda son qoymağa hazırıq. Yaxın zamanlarda həyata keçirəcəyimiz tədbirlərlərlə bunu reallaşdıracağımıza inanıram", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, son sutka ərzində Türkiyə lirəsi ABŞ dollarına nisbətdə daha 5 faiz dəyər itirib. Hazırda Türkiyədə 1 dolların qiyməti 15,5 lirə ətrafında təşkil edir. /trend/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026