• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyədə Mossada işləməkdə ittiham olunan şəxs həbs edilib

DÜNYA

03 Sentyabr 2024 | 10:43

Türkiyədə Mossada işləməkdə ittiham olunan şəxs həbs edilib

Türkiyədə İsrailin kəşfiyyat xidmətinə (Mossad) işləməkdə ittiham olunan şəxs həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

Bildirilib ki, Mossadın Türkiyədəki pul şəbəkəsini idarə edən Kosova vətəndaşı Liridon Rexhepi həbs olunub.

Qeyd edilib ki, o, İsrail kəşfiyyatının tapşırıqları ilə dron çəkilişləri həyata keçirən, Fələstin siyasilərinə qarşı psixoloji kampaniya aparan, Suriyadakı durumla bağlı informasiya toplayan şəxslər üçün pul nəqli həyata keçirirmiş.

Məlumata görə, o, bu il avqustun 24-də Türkiyə ərazisinə daxil olub. Bundan sonra Türkiyə kəşfiyyatı L.Rexhepi addım- addım izləməyə başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026