Türkiyədə silahlı hücuma məruz qalan Böyük Millət Məclisinin (TBMM) üzvü Mustafa Can Ekiciler ölüb.
Bakıvaxtı.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada həyatını itirib.
Məlumata görə, M.C.Ekiciler Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü idi.
Qeyd edək ki, mərhum deputat avqustun 18-də silahlı hücuma məruz qalıb.
Xatırladaq ki, 1993-cü il təvəllüdlü M.C.Ekiciler Türkiyə siyasətində kifayət qədər tanınan sima idi.
















