• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyənin müdafiə naziri Bakıya gəldi

SİYASƏT

26 Avqust 2023 | 15:55 | Müəllif: Subhan Mahmudov

Türkiyənin müdafiə naziri Bakıya gəldi

Avqustun 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.


Türkiyənin müdafiə naziri Bakıya gəldi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026