• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyənin vitse-prezidenti Şuşaya gedəcək - YENİLƏNİB

SİYASƏT

03 Noyabr 2022 | 22:19 | Müəllif: Subhan Mahmudov

Türkiyənin vitse-prezidenti Şuşaya gedəcək - YENİLƏNİB

Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycana rəsmi səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Oqtay noyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Əli Əsədovla danışıqlar aparacaq.

Oqtay Əsədovla birlikdə Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclasına sədrlik edəcək.

Bundan əlavə, Oqtay Türkiyə-Azərbaycan birgə biznes forumunda iştirak edəcək.

Noyabrın 5-də Fuat Oktay 2020-ci ildə erməni işğalından azad olunmuş Şuşaya yola düşəcək.

***21:43

Türkiyənin vitse-prezidenti Fuad Oktay Azərbaycana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, Fuad Oktay bu barədə tviter hesabında yazıb.

“Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 10-cu Toplantısını keçirmək və hər sahədə əlaqələrimizi gücləndirmək üçün Azərbaycandayıq”, - Fuad Oktay sosial şəbəkə hesabında qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026