Üçüncü dünya müharibəsinin mümkün ola biləcəyi istisna deyil.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Fransanın keçmiş baş naziri Manuel Vals deyib..
“Biz fransızlara həqiqəti söyləməliyik. Müharibə qeyri-mümkün bir şey deyil”.
Onun fikrincə, bu və ya digər şəkildə buna hazırlaşmalıyıq.
Keçmiş nazir bildirib ki, Rusiyanın Ukraynada qələbəsi Avropa və Qərb üçün strateji, hərbi, siyasi və mənəvi məğlubiyyət demək olacaq.
Qeyd edək ki, fevralın 25-də Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Rusiya üçüncü dünya müharibəsində maraqlı deyil və Ukraynadakı münaqişə elə ilk vaxtlarda söndürülə bilərdi.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mətbuatına müsahibəsində bildirib ki, Rusiyadan yeni regionlar qoparmaq cəhdləri qlobal münaqişəyə gətirib çıxaracaq.
Mina Mikayılova
















