• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İspaniya NATO bazasını yerləşdirməyi planlaşdırmır

DÜNYA

30 Mart 2024 | 16:53

İspaniya NATO bazasını yerləşdirməyi planlaşdırmır

İspaniya hökuməti Menorka adasındakı Maon bələdiyyəsindəki hərbi dəniz bazasını Aralıq dənizində fəaliyyət göstərən NATO gəmiləri üçün maddi-texniki təminat bazasına çevirmək fikrində deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

“Balear adalarının ərazisinin təşkilat üçün dəniz bazası rolunu oynayacağına dair heç bir proqnoz yoxdur”, - məlumatda bildirilib.

Qeyd edək ki, NATO-nun İspaniyada iki bazası Rota (Andalusiya muxtar icması) və Kartahenada (Mursiya muxtar icması) yerləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026