• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Uels 64 ildən sonra Dünya çempionatında

İDMAN

06 Iyun 2022 | 00:26

Uels 64 ildən sonra Dünya çempionatında

Bu gün DÇ-2022-yə Avropa zonası üzrə sonuncu vəsiqənin sahibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, pley-off mərhələsinin final oyununda Uels və Ukrayna milli komandaları qarşılaşıb.

Kardiff şəhərindəki “Kardiff Siti” stadionunda  keçirilən görüşdə Uels 1:0 hesabı ilə qalib gələrək 64 ildən sonra tarixində 2-ci dəfə mundiala vəsiqə qazanıb. Komanda DÇ-2022-nin B qrupunda İngiltərə, İran və ABŞ-a rəqib olub.

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.

Xatılradaq  ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.

5 iyun

DÇ-2022, pley-off mərhələsi, final

20:00. Uels - Ukrayna - 1:0

Qol: Yarmolenko, 34-avtoqol

Baş hakim: Mateu Laos (İspaniya)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR