• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Ukrayna belə davam etsə, dövlətçiliyinin gələcəyini...” - Putin

DÜNYA

05 Mart 2022 | 20:35 | Müəllif: Subhan Mahmudov

“Ukrayna belə davam etsə, dövlətçiliyinin gələcəyini...” - Putin

“Ukrayna özünü eyni şəkildə aparmağa davam edərsə, o zaman öz dövlətçiliyinin gələcəyini şübhə altına alacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” kanalında çıxışı zamanı deyib. 

“Kiyevin hazırkı rəhbərliyi başa düşməlidir ki, belə davam etsələr, Ukrayna dövlətçiliyinin gələcəyini sual altına qoyurlar və bu baş verərsə, tamamilə onların məsuliyyətində olacaq”, - deyə Putin bildirib.

Onun sözlərinə görə, Rusiya cəmiyyətini sarsıtmağa cəhdlər edilir.

Putin bildirib ki, müharibədə olan Rusiya hərbçiləri, "gələcək üçün vuruşurlar".

Putin həmçinin deyib ki, Rusiyaya qarşı sanksiyalar müharibə elanına bənzəyir, lakin hələlik bu mərhələyə gəlməyib.(qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026