• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zelenski Buçada: “Buradakı vəhşiliklər dünyada soyqırımı kimi tanınacaq” - VİDEO

DÜNYA

04 Aprel 2022 | 18:52 | Müəllif: Subhan Mahmudov

Zelenski Buçada: “Buradakı vəhşiliklər dünyada soyqırımı kimi tanınacaq” - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusu tərəfindən hərbi cinayətlərin törədildiyi Buça şəhərində olub. Burada jurnalistlərlə danışan dövlət başçısı bu şəhərdə baş verənlərin bütün dünyada soyqırımı kimi tanınacağını deyib.

“Buçaya edilənlər Rusiya ordusuna xas xüsusiyyətdir”, - deyə o vurğulayıb.

Bakıvaxtı.az xəbər verir ki, prezidentin sözlərinə görə, Rusiya Federasiyası müharibəni nə qədər uzadarsa, onlar üçün bir o qədər pis olacaq.

“Ukraynada mütləq sülh olacaq, biz buna layiqik. Xalq bunu göstərdi. Ordu bunu hər gün göstərir”, - deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026