• Bakı 7° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Rusiya Xəzər dənizindən 18 qanadlı raket atıb”

DÜNYA

04 May 2022 | 17:35

“Rusiya Xəzər dənizindən 18 qanadlı raket atıb”

Rusiya qüvvələri ötən gün Ukrayna hədəflərinə qanadlı raketlər də daxil olmaqla 50 aviazərbə endirib.

Bakıvaxtı.az-ın “Unian.net”ə istinadən xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Aleksandr Motuzyanik Kiyevdə keçirdiyi brifinqdə bildirib. O, Rusiya qüvvələrinin Xarkov, Donetsk, Kirovoqrad, Odessa, Lvov və Zakarpatya regionlarına aviazərbələr endirilməsi üçün əməliyyat-taktiki və strateji aviasiya vasitələrindən istifadə etdiyini vurğulayıb.

MN rəsmisi əlavə edib ki, Rusiyanın Tu-160 strateji bombardman təyyarəsi Ukrayna ərazisindəki nəqliyyat infrastrukturunun dağıdılması məqsədi ilə Xəzər dənizi üzərindəki hava məkanından 18 qanadlı raket buraxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026