Rəsmi Moskva Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin yerlərdə reallıqları və Rusiyanın təhlükəsizliyinin maraqlarını nəzərə alır.
Bakıvaxtı.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Mövqeyimiz qüvvədə qalır: biz danışıqlara hazırıq, lakin indi yer üzündə yaranmış reallıqları, hamıya yaxşı məlum olan mövqeyimizi, öz maraqlarımızı, dövlətimizin maraqlarını nəzərə alaraq danışıqlar aparmağa hazırıq”, - deyə Lavrov vurğulayıb.
Qeyd edək ki, Lavrov daha əvvəl bəyan etmişdi ki, Kiyev Moskva ilə danışıqları nə qədər gecikdirsə, sonradan danışıqlar aparmaq bir o qədər çətin olacaq. Onun sözlərinə görə, bu cür təmaslar üçün ilk addımı Ukrayna prezidenti Vladimir Zelenskinki atmalıdır.
Murad Məmmədli
















