• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna Liman şəhərini və digər 5 ərazini AZAD ETDİ - YENİLƏNİB

DÜNYA

01 Oktyabr 2022 | 19:10

Ukrayna Liman şəhərini və digər 5 ərazini AZAD ETDİ - YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətinin Liman şəhəri və daha 5 yaşayış məntəqəsindən qoşunların geri çəkildiyini təsdiqləyib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Qeyd edək ki, Ukrayna hərbçiləri Limanla yanaşı, Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo və Stavki yaşayış məntəqələrini də nəzarət altına alıb.

 

***13:30

Ukraynanın Donetsk vilayətinin Liman şəhəri və daha 5 yaşayış məntəqəsi Rusiya hərbçilərindən azad edilib.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Şərq qrupları qoşununun nümayəndəsi Sergey Çerevat məlumat verib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Limanla yanaşı, Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo və Stavki yaşayış məntəqələrini də nəzarət altına alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026