• Bakı 16° C

    10.73 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Ukrayna “Moskva”nı VURDU

DÜNYA

14 Aprel 2022 | 01:33 | Müəllif: Qalib İbrahimoğlu

Ukrayna “Moskva”nı VURDU

Rusiyanın “Moskva” raket kreyserində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir,

Məlumata görə, yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib.

"Ekipaj tamamilə təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır", - deyə Rusiya MN-nin məıumatına qeyd olunur.

Ukrayna mətbuatı iddia edir ki, Rusiyanın “Moskva” raket kreyseri Ukraynanın “Neptun” gəmi əleyhinə raket kompleksi tərəfindən vurulub, nəticədə kreyserdə yanğın baş verib.

Kreyserdə artilleriya, zenit, sualtı qayıq əleyhinə və mina-torpedo silahları var. Gəmidə həmçinin P-1000 Vulkan gəmi əleyhinə raketlər üçün 16 buraxılış qurğusu mövcuddur (report). Raketlər 1000 km məsafədə olan hədəfləri vura bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR