• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna savaşda gözlənilməz taktika TƏTBİQ EDİR

DÜNYA

03 Sentyabr 2022 | 12:51 | Müəllif: Subhan Mahmudov

Ukrayna savaşda gözlənilməz taktika TƏTBİQ EDİR

Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş Xerson vilayətində əks-hücumları üç istiqamətdə cəmləşdirib. Onlar Rusiya ordusunda olan problemlərdən istifadə edərək gözlənilməyən taktikalar tətbiq edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

"2022-ci il avqustun 29-dan Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində yenilənmiş taktikayla hücum əməliyyatları həyata keçirir. Onlar Xersonda üç istiqamətdə cəmləşərək Dneprdən qərbdəki geniş cəbhədə hücuma davam edir.

Ukrayna qüvvələri, ehtimal ki, Rusiya silahlı qüvvələrinin zəifləyən maddi-texniki təminatından, komandanlığından və nəzarətindən istifadə etməklə, müəyyən dərəcədə taktiki sürprizə nail ola bilib”, - hesabatda qeyd olunur.

Bildirilir ki, bundan sonra əks-hücumlar fonunda artıq Rusiya ehtiyatlarını hara köçürəcəyini seçməli olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026