• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu iki ölkə birgə hərbi təlimlər keçirir

DÜNYA

03 Oktyabr 2022 | 12:46

Bu iki ölkə birgə hərbi təlimlər keçirir

Finlandiya Hərbi Hava Qüvvələri İsveç hərbçilərinin iştirakı ilə genişmiqyaslı “Ruska 22” (“Ruska-2022”, fin dilində “Qızıl payız”) ​​ təlimlərinə start verilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

Finlandiya Hərbi Hava Qüvvələrinin bütün bölmələrinin iştirak edəcəyi təlimlər oktyabrın 3-dən 8-dək davam edəcək. Təlimlərə 3700 hərbçi, o cümlədən 2400 ehtiyatda olan hərbçi cəlb olunacaq.

Manevrlərdə 50 təyyarə iştirak edəcək: onların əksəriyyəti “F/A-18 Hornet” qırıcıları, həmçinin “Hawk” təlim təyyarələri və nəqliyyat təyyarələridir.

Bundan əlavə, İsveç Hərbi Hava Qüvvələrinin bölmələri və bu ölkənin “Saab” şirkətinin “JAS 39 Gripen” qırıcıları təlimdə iştirak edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026