• Bakı 20° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq 

İQTİSADİYYAT

26 Noyabr 2022 | 22:51

Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq 

Polşa Ukrayna taxılının ixracı üçün Ukrayna ilə sərhəd infrastrukturunu genişləndirmək niyyətindədir və artıq bu məqsədlə xeyli miqdarda vəsait ayırır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu gün Kiyevdə keçirilən "Ukraynadan taxıl" sammitində Polşanın
Baş naziri Mateuş Moravetski bildirib.

Onun sözlərinə görə, Rusiyanın Qara dənizdə Ukrayna taxıl və ərzaq məhsullarının ixracını blokadaya alması səbəbindən Polşa Ukrayna ilə sərhəddə yeni keçid məntəqələrinin tikintisinə hazırlaşır:

"Bu, Polşa vasitəsilə Baltik dənizindəki limanlarımıza tranzit ixracını təmin etmək üçün Ukraynanın bərpasını dəstəkləmək və bugünkü çağırışların aradan qaldırılmasına dəstək vermək üçün lazımdır".(report)


SON XƏBƏRLƏR

15 Sentyabr 2025