• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ukraynada humanitar atəşkəs başladı

DÜNYA

09 Mart 2022 | 12:51

Ukraynada humanitar atəşkəs başladı

“Martın 9-u səhər saat 5:30-da Ukrayna Rusiya Federasiyasından bizim əvvəllər təklif etdiyimiz marşrutlar, xüsusən də Buça, İrpen və Mariupoldan humanitar dəhlizlərlə əlaqədar mesaj alıb”.

Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir ki, bunu brifinqdə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası naziri İrina Vereşçuk deyib.

Onun sözlərinə görə, ruslar Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müvafiq məktub göndəriblər.

“Hərbçilər bu gün səhər saat 9:00-dan axşam saat 21:00-dək atəşi dayandırmağa razıdırlar”, - Vereşçuk vurğulayıb.

O xatırladıb ki, Rusiya tərəfi dəhlizlərlə (Mariupol – Zaporojye, Volnovaxa – Pokrovsk) bağlı öhdəliklərini dəfələrlə pozub.

Nazir qeyd edib ki, Vorzel, Borodianka, İrpin və Buçadan Kiyevə, Mariupoldan Zaporojyeyə, Volnovaxadan Pokrovskaya, İzyumdan Lozovaya və Enerqodardan Zaporojyeyə humanitar dəhliz açılır.

Təxliyə Buça Şəhər Şurası tərəfindən təsdiqlənib. Buça və Vorzel sakinlərinə məlumat verilib ki, martın 9-da saat 10:40-11:00-da qadınlar və uşaqlar avtobusla paytaxtın dəmir yolu stansiyasına yola düşəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR