• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ukraynada müharibə başlayandan 32 jurnalist HƏLAK OLUB

DÜNYA

06 Iyun 2022 | 14:00

Ukraynada müharibə başlayandan 32 jurnalist HƏLAK OLUB

“Bu il, bu gün, ümumiyyətlə, bayram deyil, çünki Rusiyanın Ukraynada genişmiqyaslı hücumu başlayandan indiyədək 32 jurnalist həlak olub”.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edərkən deyib.

O, həmçinin qeyd edib ki, bu gün 24 saat işləyən bütün jurnalistlər dünya tarixində ilk dəfə olaraq hibrid müharibəsi apardıqları üçün əsl qəhrəmandırlar:

"Sizin bugünkü rolunuz əvəzsizdir. Hazırda vahid xəbər marafonunun vahid cəbhəsində çalışan müxtəlif media qruplarından olan jurnalistlər danışıqlar aparmaq, əməkdaşlıq etmək bacarığını nümayiş etdirib və bununla da ən vahid əsas hədəfi – qələbəmizi qarşıya məqsəd qoyublar”.

Xatırladaq ki, bir müddət əvvəl Luqansk vilayətində fransalı jurnalist Lekler İmhoff həlak olub O, BFMTV kanalında işləyib və rayon sakinlərinin təxliyəsi ilə bağlı material hazırlayıb. Amma insanları götürməyə gedən maşın atəşə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR