• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Ukraynadan “kimyəvi silah” açıqlaması

DÜNYA

12 Aprel 2022 | 10:50 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynadan “kimyəvi silah” açıqlaması

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.

Bakıvaxtı.az xəbər verir ki,iddia Mariupol şəhərini müdafiə edən Azov bölməsinə məxsusdur. Pilotsuz uçuş vasitəsi ilə şəhərə kimyəvi bomba atıldığını iddia edən səlahiyyətlilər, “mənşəyi bilinməyən zəhərli maddə”nin səbəb olduğu ölümcül simptomları da açıqlayıb. “Daily Mail” qəzetində yer alan xəbərə görə, sözügedən kimyəvi maddə onunla təmasda olan insanlarda tənəffüs çatışmazlığı və vestibul-ataktik sindrom kimi əlamətlərə səbəb olub.

ABŞ və Britaniya Ukraynadakı Rusiya qüvvələrinin Mariupol liman şəhərinə hücumu zamanı kimyəvi silahdan istifadə etdiyinə dair xəbərləri araşdırdıqlarını açıqlayıb. Pentaqon sözçüsü Con Kirbi rusların Mariupolda kimyəvi silahdan istifadə etməsinin təsdiqlənmədiyini, lakin hadisələrin diqqətlə izlənildiyini bildirib.

Britaniyanın xarici işlər naziri Liz Truss öz “Twitter” hesabında ölkəsinin bu xəbəri araşdırdığını və hər hansı kimyəvi silahdan istifadənin müharibədə təhlükəli yeni mərhələnin başlanması demək olduğunu bildirib.

Mariupolu müdafiə edən Azov batalyonundan verilən açıqlamada Rusiya pilotsuz uçuş aparatlarının şəhər üzərindən keçməsindən sonra Ukrayna əsgərlərinin tənəffüs yollarında problem olduğu açıqlanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi axşam etdiyi çıxışında Qərb ölkələrini Rusiyanı kimyəvi silahdan istifadə etməkdən çəkindirmək üçün lazım olan hər şeyi etməyə çağırıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026