• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukraynanın 5 silah-sursat anbarı məhv edilib - Rusiya MN

DÜNYA

01 Aprel 2022 | 13:23 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynanın 5 silah-sursat anbarı məhv edilib - Rusiya MN

Rusiya  Ukrayna Silahlı Qüvvələrinin altı obyektini, o cümlədən beş sursat anbarını məhv edib.

Bakıvaxtı.az-ın TASS-a istinadla xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Rusiya Aerokosmik Qüvvələrinin (RAQ) hava hücumundan müdafiəsi ötən sutka ərzində Ukraynaya məxsus Mi-8 helikopterini və 8 pilotsuz uçuş aparatını da vurub: “RAQ Lyubimovka kəndi yaxınlığında bir Ukrayna Mi-8 helikopteri və Lısıçansk, Donetsk, Çerniqov, Korsun-Şevçenkovski, Novomikhailovskoye rayonlarında 8 Ukrayna pilotsuz uçuş aparatını havada vurub. Vaxovka yaxınlığında bir Bayraktar TB2 məhv edilib”.

Nuranə Daxilqızı

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026