Rusiya silahlı qüvvələri tərəfindən iyulun 11-nə keçən gecə Ukraynaya hava hücumu olub.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki. bu barədə Ukrayna silahlı qüvvələrinin məlumatında bildirilir.
"2023-cü il iyulun 11-nə keçən gecə Rusiya silahlı qüvvələri İran istehsalı olan Şahed-136/131 hücum pilotsuz uçan aparatları ilə cənub-şərqdən (Primorsko-Axtarsk) Ukraynaya hücum ediblər. Zərbədə ümumilikdə 28 kamikadze pilotsuz təyyarə iştirak edib", - deyə məlumatra qeyd olunub.
Bundan əlavə, ötən sutka ərzində Rusiyanın bir helikopteri, üç “Lancet” tipli hücum PUA-sı və dörd əməliyyat-taktiki kəşfiyyat aparatı da məhv edib.
Murad Məmmədli
















