• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Universitetlərə müstəqillik verilsin? - AÇIQLAMA

CƏMİYYƏT

03 Sentyabr 2022 | 11:55

Universitetlərə müstəqillik verilsin? - AÇIQLAMA

“Universitetlər arasında rəqabət getdikcə güclənir.Rüşvətin olmaması universitetlərin keyfiyyət göstəricisi hesab olunmur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. 

O. Gündüz qeyd edib ki, DİM-in açıqladığı rəsmi rəqəmlərə görə, bu ilki qəbulun nəticələrinə əsasən bir neçə universitet var ki, əvvəlki illərlə müqayisədə xeyli uğurlu nəticələr qazanıblar:

“Uzun illər müxtəlif ixtisaslarda  oturuşmuş mövqeləri olan, yüksək bal toplayanları "qamarlayan"   universitetlər indi bu mövqeləri digər universitetlərlə bölüşməli olublar. Yəni, görünən odur ki, hansısa oturuşmuş maliyyə "yastığı" olmayan elə universitetlər (UNEC, AzTU, ADPU, ADNSU,  Qərbi Kaspi, regionallardan MDU və s.) var ki, yaxın müddətdə onlar ölkədə ciddi rəqabətli mühit formalaşdıra biləcəklər. 
Onların regional və qlobal təhsil platformalarına inteqrasiyası getdikcə sürətlənir, ikili diplom proqramların sayı xeyli artıb və proses getdikcə güclənəcək. Əksər universitetlərdə son illər rüşvət və korrupsiya minimuma enib. Artıq rüşvətin olmaması universitetin keyfiyyət göstəricisi hesab olunmur”, - deyə ekspert bildirib. 

O. Gündüzün sözlərinə görə, hökumətin son zamanlar  qəbul etdiyi strategiyalarda da  tədqiqat yönümlü, rəqabətə davamlı, rəqəmsallaşan,  əmək bazarın tələblərinə cavab verən universitetlərin formalaşmasından söhbət gedir:

“Yeri gəlmişkən, düşünürəm ki, hökumət və Elm və Təhsil Nazirliyi də universitetlərin müstəqilliyinin artırılmasına, publik hüquqi şəxslər olaraq daha çox maliyyə, tədris, idarəetmə  və akademik hüquqların universitetlərə verilməsinə diqqəti artırmalıdır. İndiki şəraitdə universitetlərin muxtariyyatı ilə bağlı vəziyyət qənaətbəxş hesab oluna bilməz, hətta publik şəxslər olsa belə. 
Hansı ki, bu, başqa bir müzakirənin mövzusudur”.
 

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR