• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda bu sahələr üzrə qaydalar hazırlanır

CƏMİYYƏT

03 Oktyabr 2022 | 11:11

Azərbaycanda bu sahələr üzrə qaydalar hazırlanır

“Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır. İş yaxın vaxtlarda yekunlaşacaq”.

Bakıvaxtı.az xəbər verir ki,  bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu qaydalar qüvvəyə minəndən sonra ölkədə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə bağlı çox əlverişli şərait yaranacaq: “Yeni startaplara və təhlükəsizlik provayderlərinə lisenziya tələbi yığışdırılır. Yəni, qaydalar sadələşdirilir. İstənilən adam təhlükəsizlik provayderi yaradıb, müəyyən infrasturuktura malik olduqdan sonra bu tədbirləri keçirə biləcək. Dövlət orqanları tərəfindən xüsusi təhlükəsizlik tələbləri müəyyən olunacaq. Provayderlər işlərini həmin tələblərə uyğun tənzimləyəcəklər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026