“Bu körpü “Azərbaycan” adını daşıyır və onun adı heç bir şəkildə dəyişdirilməyəcək”.
Bakıvaxtı.az İran mediasına istinadla xəbər verir ki, bunu Urmiya şəhər şurasının sözçüsü Əli Mustafazadə Urmiyada “Azərbaycan” körpüsünün adının dəyişdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məsələ heç bir şəkildə Şura iclaslarında müzakirə olunmayıb.
Qeyd edək ki, Urmiyada “Azərbaycan” körpüsünün adının dəyişdirilməsi ilə bağlı xəbərlər yayılıb.
















