Barbadoslu müğənni Rihanna ərə gedir.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, o, repçi sevgilisi Eysap Rokiylə (Rakim Mayers) ailə quracaq.
Cütlüyün Barbarosda olacaq toyunun tarixi də bəlli olub.
Hazırda hamilə olan müğənni övladı dünyaya gəldikdən sonra nikah masasına oturacaq.
















