Müğənni Rəqsanə İsmayılovanın ailəsi ilə bağlı açıqlamaları maraq doğurub.
Bakıvaxtı.az xəbər verir ki, verilişlərin birinə açıqlama verən müğənni uşaqlarının Rusiyada təhsil almağını istədiyini bildirib:
"Uşaqlarım Azərbaycan dilini hələ yeni öyrənməyə başlayıblar. Onların baxıcıları ruslardır. İstəyirəm ki, övladlarım Rusiyada təhsil alsınlar. Onların bağçaya gedəsi vaxtlarıdır. Bura bir müddətlik gəldik. Biz Moskvada məskunlaşdıq. Ayda-ildə bir dəfə Bakıya gəlirdik. Amma gördük ki, bura ilə əlaqəni tamamilə kəsmək mümkün olmur. Azərbaycanın yerini heç nə vermir. Millətimizin pisinə də, yaxşısına da qurban olum. Nə var, özümüzdə var. Azərbaycanın təbiətindən və yeməklərindən heç yerdə yoxdur. Yanımda çalışan ruslar da buranın gözəlliyini görüb,ürəkləri getdi”.
R.İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov da Rusiyadakı işlərindən söz açıb:
“35 il Moskvada yaşadığımız və işimiz orada olduğundan ora üçün çox darıxıram. Orada işlərimizi idarə edən şəxs var. Onunla mütəmadi telefonla danışıb, işlərimizi həll edirik”.
Qeyd edək ki, hazırda ailəlikcə Qubada istirahətdə olan Rəqsanənın birinci evliliyindən Aysun, ikinci evliliyindən Yağmur, üçüncü evliliyindən isə Mihrimah və Məhəmməd adlı övladları var.
Xəyalə Rza









jpg-1692775331.webp)






