• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Uşaqların dini etiqada məcburiyyəti qadağan edilir – Milli Məclis təsdiqlədi

GÜNDƏM

04 May 2021 | 13:33

Uşaqların dini etiqada məcburiyyəti qadağan edilir – Milli Məclis təsdiqlədi

Azərbaycanda uşaqların dini etiqada məcburiyyəti qadağan edilir.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir.

Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.

Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

İclasda qeyd edilib ki, “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini də zəruri edib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026