• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Koronavirus yenidən yayılır? - YENİ ŞTAMLAR YARANA BİLƏR

CƏMİYYƏT

05 Dekabr 2022 | 12:31

Koronavirus yenidən yayılır? - YENİ ŞTAMLAR YARANA BİLƏR

“Dünya əhalisinin 90%-nin koronavirusa qarşı immuniteti yaranıb. Lakin buna baxmayaraq, yeni təhlükəli mutasiyaların yaranma riski mövcuddur”.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyət Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Pandemiyanın fövqəladə mərhələsinin başa çatmasına yaxın olduğumuzu deyən Qebreyesusun sözlərinə görə, lakin hər şey bitməyib.

“Xəstəliyin əlamətlərinin qalması yeni ştamların yaranmasına və ölüm hallarına gətirib çıxara bilər”, - deyə ÜST-ün rəhbəri vurğulayıb.

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyildiyi kimi, həqiqətən də, artıq koronavirusa qarşı 90% immunitet yaranıb: “Yalnız bəzi ölkələr və Çin sıfır dözümlülük siyasətini həyata keçirirlər. Nəticədə, çox ciddi karantin qaydaları ilə koronavirusun qarşısını aldılar. Çin kimi ölkələrdə insanlarda immunitet formalaşmadığından, yeni mutasiyaların yaranma ehtimalı da yüksəkdir. Çünki orada sürətli yoluxma gedir, yeni mutasiyalar meydana gələ bilər. Bizim kimi ölkələrdə artıq kollektiv immunitet formalaşıb, mutasiyalarınm hər hansı təhlükə törətmək ehtimalı yoxdur”.

Müsahibimizin sözlərinə görə, təbii ki, Çinin bizə müəyyən təsiri olacaq: “Çünki biz də dünyanın bir hissəsiyik. Çində çox güclü yoluxma sayı var, karantinlə qarşısını ala bilmirlər. Proseslərin bizə də təsir göstərmə ehtimalı var”.

Mərdan Əliyev bildirib ki, amma bizdə, demək olar, hər kəs bu virusla təmasda olub: “Azərbaycanda insanlar təbii şəkildə virusa yoluxub sağalıb. Digər bir hissə isə peyvənd vasitəsilə immunitet əldə edib. Kollektiv immunitet formalaşıb deyə yeni mutasiyaların bizə hər hansı ciddi təsiri olmayacaq”.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR