• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koronavirusun ən təhlükəli ştamı ilə bağlı ÜST-dənXƏBƏRDARLIQ

CƏMİYYƏT

23 Iyun 2021 | 11:01

Koronavirusun ən təhlükəli ştamı ilə bağlı ÜST-dən XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Hindistan ştamının delta variantının COVID-19-un fərqli ştamları arasında ən ölümcül olduğunu elan edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, AstraZeneca vaksinini hazırlayan Oksford Universiteti onun Hindistan ştamının delta və kappa variantlarına qarşı effektiv olduğunu söyləyib.

Təcrübələr zamanı AstraZeneca-nın koronavirusun Hindistan ştamının hər iki varinatını neytrallaşdırdığı müəyyən edilib. Neytrallaşma COVID-19-un alfa (Britaniya) və qamma (Braziliya) ştamlarının neytrallaşdırılması ilə oxşar olub.

Ötən gün Britaniyanın İctimai Səhiyyə Xidməti bildirib ki, Pfizer və AstraZeneca vakisnlərinin delta variantına qarşı effektivlik dərəcəsi 90%-i keçib.

Delta variantı koronavirusun qlobal dominant versiyasına çevrilir. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un bu versiyasını ən sürətlə yayılan və ölümcül versiyası hesab edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026