"Yaxın həftələrdə dünya ölkələrində koronavirusdan ölüm halları daha da artacaq".
Bakıvaxtı.az-ın məlumatına görə, bu xəbərdarlığı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus edib. Onun sözlərinə görə, yeni yoluxma hallarının sayı son 6 həftədə iki dəfə artıb. Baş direktor qeyd edib ki, koronavirusdan ölüm hallarının sayı yoluxmaların sayı qədər sürətli olmasa da, artmaqdadır: "Artan yoluxmalar qarşıdakı həftələrdə xəstəxanalara daha çox yerləşdirmə və ölüm hallarını gözləyə biləcəyimiz anlamına gəlir".
"Son həftələrdə qeydə alınan yoluxma hallarının artımında COVID-19-un hansı ştamının təsirli olduğunun bilinmir. Bu artımın səbəbi artıq bildiyimiz və ya tamamilə yeni bir variant ola bilər" deyən Qebreyesus koronavirusun yeni ştamının əvvəlkilərdən daha təsirli olacağını vurğulayıb. O, bütün ölkələri buna hazır olmağa çağırıb.
Aytac Aslan















