• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ÜST rəsmisi: “Dəhşətli vəziyyət davam edir”

DÜNYA

05 Iyun 2021 | 09:06

ÜST rəsmisi: “Dəhşətli vəziyyət davam edir”

Dünyada koronavirus pandemiyası ilə bağlı dəhşətli vəziyyət davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar üzrə Proqram direktoru Maykl Rayan deyib.

O bildirib ki, ölkələr rahatlanmamalı və təhlükəsizlik tədbirlərinə hələ əməl etməlidirlər:

“Vəziyyət çətin olaraq qalır və ümumi hadisələrin sayı azalsa da, risklər hələ də çox yüksəkdir. Pandemiya ciddi fəlakət olara qalır. Mütləq bütün ölkələr tədbir görməli, heç kim arxayınlaşmamalıdır və gələcək pandemiyaya hazırlaşmalıyıq. Əgər hazırlıq olmasa, bu baha başa gələcək”.

O, Asiya və Orta Amerika kimi dünyanın bir neçə bölgəsində son beş həftə ərzində xəstəlik sayında ciddi artımların davam etməsinə diqqət çəkib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026