• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

UWW: “Azərbaycanda yeni vunderkind”

İDMAN

02 Sentyabr 2024 | 10:22 | Müəllif: Əli Hüseynov

UWW: “Azərbaycanda yeni vunderkind”

“Ola bilsin ki, Azərbaycan öz yeni vunderkindini tapıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dünya Güləş Birliyi (UWW) İordaniyanın paytaxtı Ammanda gənclər arasında keçirilən dünya çempionatında yunan-Roma güləşçimiz Turan Daşdəmirovun (51 kq) qələbəsinə rəğmən yazıb.

Qurum idmançımızı avqust ayının ən yaxşı güləşçilərindən biri kimi qeyd edib: “Turan Daşdəmirov getdikcə yaş qruplarında qalib gələn idmançıya çevrilir. 17 yaşadək güləşçilər arasında ikiqat Avropa çempionu olan Turan indi ikiqat dünya çempionudur. O, Ammanda 51 kq çəki dərəcəsində qızıl medal qazanıb. Daşdəmirov ötənilki mundialda qazandığı qələbədən ilham alaraq yenidən titul qazandı”. /İdman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026