• Bakı C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.7676

    RUB - 1.6798

Venesuela Panamanın suverenliyini dəstəkləyib

DÜNYA

24 Dekabr 2024 | 11:29

Venesuela Panamanın suverenliyini dəstəkləyib

"Venesuela Panamanın kanal üzərindəki suverenliyini və Latın Amerikası ölkəsinin öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyir". 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Venesuela Xarici İşlər Nazirliyinin departamentin rəhbəri İvan Gil Pinton deyib.

"Venesuelanın Xarici İşlər üzrə Xalq Gücü Nazirliyi prezidenti Omar Torrixosun qəhrəmancasına səyləri nəticəsində qazanılan kanal üzərində Panama suverenliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyir", - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ-nin yeni prezidenti Donald Tramp bildirmişdi ki, Panama kanalından mövcud istifadə şərtlərinə yenidən baxılmadığı təqdirdə ABŞ nəzarətin qaytarılmasını tələb edə bilər. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

24 Dekabr 2024