Vaşinqton administrasiyası, Tehran tərəfi Amerikanın şərtlərini yerinə yetirəcəyi təqdirdə, İran ilə münasibətləri köklü şəkildə dəyişməyə hazırdır. Eyni zamanda, son günlər Livanda atəşkəsin təmin olunması istiqamətində də mühüm irəliləyişlər qeydə alınır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyanat verib.
ABŞ, İran və vasitəçi ölkələrin nümayəndələrinin iştirakı ilə İsveçrənin Bürgenştok qəsəbəsində keçirilən danışıqlar zamanı jurnalistlərin suallarını cavablandıran vitse-prezident Livan böhranı ilə bağlı müsbət dinamikanı xüsusi vurğulayıb:
"Son bir neçə gündə biz Livanda atəşkəs rejiminin qorunub saxlanılması istiqamətində böyük tərəqqinin şahidi olduq. Livanla bağlı proseslərin hazırkı gedişatından çox məmnunam. Qarşıda hələ əlavə işlər var, lakin biz bu fəaliyyəti davam etdirəcəyik".
Münasibətlərin gələcək perspektivlərinə toxunan Cey Di Vens Ağ Ev rəhbərinin diplomatik kursunu diqqətə çatdırıb:
"Prezident Donald Tramp bizə yeni səhifə açmağı, İran xalqı ilə münasibətlərimizi dəyişməyi və onlara əl uzatmağı tapşırıb. Əgər İran rəhbərliyi regionda qeyri-sabitlik mənbəyi olmaqdan əl çəkməyə və uzunmüddətli perspektivdə nüvə silahı iddialarından imtina etməyə hazırdırsa, ABŞ bu ölkə ilə əlaqələrini fundamental şəkildə dəyişməyə tam hazırdır. Bizim hədəfimiz, şübhəsiz ki, budur".
Bakı 



