• Bakı 10° C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Vergi ödəyicilərinin sayı 5 % artdı

İQTİSADİYYAT

16 Fevral 2026 | 11:30

Vergi ödəyicilərinin sayı 5 % artdı

Bu il fevralın 1-nə Azərbaycanda 1 682 901 vergi ödəyicisi olub.

Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il fevralın 1-i ilə müqayisədə 4,9 % çoxdur.

Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,6 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,4 % artıb.

Bu il yanvarın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 7 % çox – 205 104 vahid təşkil edib.

Yanvarda 1 050 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,6 %-i yerli investisiyalı, 10,4 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 87 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,6 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 %-i MMC, 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.

Fevralın 1-nə qeydiyyatda olan 136 808 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 7,7 % artıb.


SON XƏBƏRLƏR

15 Fevral 2026